Yeni Zelandiya NATO-nun İraqda yeni fəaliyyətlə bağlı təklifini rədd edib

Yeni Zelandiya hökuməti İraqda missiyasını başa çatdırdığını bildirərək əsgərlərini geri çəkəcəyini, NATO-nun bu ölkədə yeni hərbi məntəqələrin tikintisində birgə iştirakla bağlı təklifini rədd etdiyini bildirib.

Yerveinsan.az Anadolu Agentliyinə istinadla xəbər verir ki, “Radio Yeni Zelandiya”nın məlumatına görə, NATO-nun İraqda qalmaqla bağlı təklifi nazirlərin toplantısında müzakirə olunub, lakin müsbət qərar qəbul edilməyib. Müdafiə naziri Ron Mark deyib: “Bu dəvəti qəbul etmədik. Dünyanın digər yerlərindəki uzunmüddətli öhdəliklərimizi nəzərə alaraq görürük ki, diqqətimizi daha çox Sakit okean, Sakit okean hövzəsi, Cənub-Şərqi Asiya ərazilərinə yönəltməliyik”.