Azərbaycan Gürcüstanın ən böyük xarici investoru olub

2018-ci ildə Azərbaycan Gürcüstanın ən böyük birbaşa xarici investoru olub.


Bu barədə Gürcüstan Milli Statistika Ofisinin hesabatında məlumat verilib.


Bildirilib ki, ötən il Azərbaycandan Gürcüstana 264.4 mln dollar sərmayə yatırılıb. Bu həmin il Gürcüstana yatırılan xarici sərmayənin 19.6 faizini təşkil edib.


Hesabata əsasən 2018-ci ildə Gürcüstana ümumilikdə 1 265.2 mln dollar xarici investisiya yatırılıb. (APA)