Qubada ötən gün başlayan yanğın hələ də davam edir

Fövqəladə Hallar Nazirliyi (FHN) Yardımlı rayonunda meşə zolağında baş verən yanğınla bağlı məlumat yayıb.

FHN-dən bildiriblər ki, rayonun Ostayır kəndi ərazisində 1 hektar meşə zolağı, 5 hektar sahədə quru ot və kol-kos yanıb. Meşə zolağının qalan hissəsi yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri, meşə təsərrüfatı işçiləri və kənd əhalisi tərəfindən söndürülüb.