Şəmkirdə kürəkəni tərəfindən yandırılan qadının vəziyyəti kritik olaraq qalır

Şəmkirin Sarıtəpə kəndində ailə münaqişəsi zəminində kürəkəni tərəfindən yandırılan 54 yaşlı qadının vəziyyəti kritik olaraq qalır.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən  bildirilib ki, həkimlərin bildirdiyinə görə, yanıq xəsarətləri 4-cü dərəcəli, yəni dərin nekrozlaşmış olduğundan müalicədə hər hansı bir irəliləyiş əldə etmək mümkün olmur.

Səylər davam etdirilir.