Ali təhsil müəssisələrinin boş qalan yerlərinə qəbul olunanların qeydiyyatı davam edir

2019/2020-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə qəbul olunanların daxil olduqları təhsil müəssisəsinə qeydiyyatı davam edir.

Dövlət İmtahan Mərkəzindən bildirilib ki, ali təhsil müəssisələrinin boş qalan yerlərinə qəbul olunanlar sentyabrın 2-dək sənədlərini müvafiq təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olunanların qeydiyyatı isə sentyabrın 29-da başa çatacaq. Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcək.

Tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan yerlərinə ixtisas seçimi avqustun 30-dan sentyabrın 4-dək aparılacaq.