Avqustun 29-da xarici valyutaların manata qarşı məzənnələri

Azərbaycan Mərkəzi Bankı 29 avqust tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb.

Mərkəzi Bankdan  verilən məlumata görə, avqustun 29-na olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ dollarının rəsmi məzənnəsi 1,7000 manat təşkil edir.

Manata nəzərən avronun məzənnəsi 1,8839 manat təşkil edir.

1 türk lirəsi 0,2918 manat, 1 rus rublu 0,0255 manat, 100 İran rialı 0,0040 manat, 1 gürcü larisi isə 0,5791 manatdır.