İndiyədək 1861 nəfər ixtisas seçimi ərizəsini təsdiqləyib

Ümumi (9 illik) bazada kolleclərin boş qalan yerlərinə ixtisas seçimi davam edir.

Yerveinsan.az Dövlət İmtahan Mərkəzinin saytına istinadla xəbər verir ki, avqustun 29-u saat 14:20-yə olan göstəricilərə görə, 1861 nəfər (Azərbaycan bölməsi – 1846, rus bölməsi – 15) ixtisas seçimi ərizəsini təsdiqləyib.

İxtisas seçimi sentyabrın 2-dək aparılacaq.

Xatırladaq ki, ixtisas seçimi elektron formada internet vasitəsilə həyata keçirilir.