İrana qarşı yeni sanksiyalar tətbiq olundu

ABŞ İran İslam Respublikasının Kosmik Agentliyinə qarşı sanksiya tətbiq edib.


"RİA Novosti" xəbər verir ki, bu barədə ABŞ-ın Maliyyə Nazirliyi məlumat yayıb.


Qeyd olunub ki, sanksiyalar Astronavtika Araşdırma İnstitutu, Kosmik Agentlik və İran Kosmik Tədqiqatlar Mərkəzinə qarşı tətbiq ediləcək.


Xatırladaq ki, ABŞ-ın Maliyyə Nazirliyi Cəbəllütariq boğazında Suriyaya neft daşımaqda şübhəli bilinərək Britaniya hərbçiləri tərəfindən saxlanılan İranın "Adrian Darya 1" tankerinə qarşı sanksiya tətbiq edib.