Azərbaycan və Rusiya arasında təhlükəsizlik məsələləri üzrə məsləhətləşmələr baş tutub

Bakıda Azərbaycanın Təhlükəsizlik Şurasının katibi Ramil Usubov'>Ramil Usubovla Rusiyalı həmkarı Nikolay Patruşev arasında görüş keçirilib.

İki ölkə arasında təhlükəsizlik məsələləri üzrə məsləhətləşmələr baş tutub.

N.Patruşev iqtisadi və humanitar əməkdaşlığın müsbət templərini qeyd edib və Rusiya-Azərbaycan sərhədində birgə infrastruktur layihələrinin reallaşdırılmasının və hərbi-texniki əməkdaşlığın inkişafının vacibliyini vurğulayıb.