Həmyerlimiz yaşıdları arasında Rusiya birincisi oldu - Foto
On səkkiz rəqibinə qalib gələrək Rusiya çempionu adını qazanıb
Aprelin 21 –də Rusiyanın paytaxtı Moskva şəhərində karate çempionatı keçirilib.Həmyerlimiz 14 yaşlı Muradov Heydər İslam oğlu karate üzrə keçirilən Rusiya çempionluğunda birincilik qazanıb. Yarış barədə danışan çempionun atası İslam Muradov belə deyib. “ Yarış Rusiya çempionatı formatında keçirilirdi . İştirakçıların hamısı “qara kəmər”, 1-ci dan “ qara kəmər” daşıyıcıları olduğundan rəqiblərin hər birini güclü hesab olardı. Belə bir yarışda 14 yaşlılardan ibarət 18 nəfər arasında Heydər Muradov birincilik qazandı.”
“ Heydərin əsas üstünlüyü texnika ilə döyüməyindədir. Rəqibləri ondan bir xal olsun belə ala bilmədilər. Təmiz qələbə ilə rəqiblərini məğlub etdi .”- deyə İslam Muradov vurğulayıb.
İslam Muradov bildirib ki, Heydər Muradovun finaldakı rəqibləri Rusiyanın Kaluqa,Moskva və Tula şəhərlərinin təmsilçiləri olub.İslam Muradov onu da əlavə edib ki, axırıncı döyüşündə Heydər Muradov rəqibini 17 saniyəyə məğlub edib.
Heydər Muradovun atasının dediyinə görə zaldakı rusiyalı izləyicilərdə həmyerlimizi heyranlıqla izləyiblər.
Sonda Heydər Muradov yarışın mükafatları ilə, diplom və qızıl medalla qiymətləndirilib.
Onu da qeyd edək ki, Heydər Muradov Bərdə rayonunun Mustafağalı kəndindəndir. Valideyinləri 2003-cü ildən Moskva şəhərində yaşadığından, orada anadan olub.

