Türkiyənin Beyrutdakı səfirliyinə qarşı təxribat xarakterli hərəkət

Livanın Ankaradakı səfiri Gassan Muallim Türkiyənin Xarici İşlər Nazirliyinə çağırılıb.

Strategiya.az Anadolu agentliyinə istinadla xəbər verir ki, buna səbəb 8-10 nəfərlik qrupun Türkiyənin Beyrutdakı səfirliyinə qarşı təxribat xarakterli hərəkət etməsi olub. Onlar səfirliyin qarşısına üstündə təxribat xarakterli yazı olan ağ parça açıblar. Bütün bunlar polisin gözü qarşısında baş verib. Hadisə ilə bağlı Türkiyə tərəfinin narahatlığı səfir G.Muallimin diqqətinə çatdırılıb. Tələb edilib ki, Livan tərəfi Türkiyənin bu ölkədəki diplomatik nümayəndəliyinin və bütün vətəndaşlarının təhlükəsizliyini təmin etsin.