Dünya fond bazarlarında əsas indeks göstəriciləri yüksəlib

Sentyabrın 5-də Amerika fond bazarında Dow Jones indeksi 1,41% – 26 728,15 bəndədək, S&P 500 1,30% – 2 976,00 bəndədək, Nasdaq isə 1,75% – 8 116,83 bəndədək yüksəlib.

Avropa fond bazarlarında sentyabrın 5-də FTSE 100 indeksi 0,55% – 7 271,17 bəndədək enib, Almaniya DAX-ı 0,85% – 12 126,78 bəndədək, Fransa CAC-40 isə 1,11% – 5 593,37 bəndədək yüksəlib.

COMEX-də qızılın bir unsiyasının qiyməti 1,94% azalaraq 1 519 dollara bərabər olub.

 
Sentyabrın 5-də dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 0,04% artaraq 1,103 dollar təşkil edib.