Sinoptiklər: “Dorian” qasırğası Kanada sahillərinə sentyabrın 7-də çatacaq

“Dorian” qasırğası şənbə günü Kanadanın Atlantik sahillərinə çatacaq. Bu barədə Kanadanın Milli Meteoroloji Bürosu məlumat yayıb.

Məlumatda qasırğanın Nyu-Bransuik, Yeni Şotlandiya və Şahzadə Eduard adaları əyalətlərinə yetişəcəyi bildirilir. Bununla belə qasırğanın gücü Saffir-Simpson şkalası üzrə 1-ci dərəcəyədək azalacaq. Qasırğa Kanadanın bu hissəsinə leysan yağışlar gətirəcək.

ABŞ Milli Qasırğa Mərkəzinin məlumatına görə, hazırda Saffir-Simpson şkalası üzrə gücü ikinci dərəcəyə düşən qasırğanın episentri Çarlston şəhərinin 80 kilometrliyindədir.