Kənd Təsərrüfatı Nazirliyi 200-dən çox vakant yer üzrə işə qəbul elan edib

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin tabeliyində olan qurumlarda 200-dən çox vakant yer üzrə işə qəbul elan edilib.

Nazirliyin saytında yerləşdirilən elana əsasən, aqronom, baytar həkimi, baytar feldşeri, laborant və traktorçu vakant yerləri üzrə işçiyə ehtiyac var. Bu ixtisaslar üzrə təcrübə, təhsil, ixtisas, fərdi keyfiyyət tələbləri uyğun gələn şəxslər Kənd Təsərrüfatı Nazirliyinin İnsan resurslarının idarə edilməsi şöbəsinə müraciət edə bilərlər.

Vakant elan olunan iş yerləri üzrə vəzifə maaşları müxtəlif ixtisaslar üzrə 250-520 manat intervalında dəyişir.