Ucqar dağ kəndlərinə odun verilir: dəyərini ödəmək şərtilə - ÜNVANLAR

Qazlaşdırılmamış ucqar dağ kəndlərinin odun yanacağı ilə təmin olunması üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Regional Meşə Təsərrüfatı Mərkəzləri (RMTM) gücləndirilmiş iş rejimində fəaliyyət göstərir və soyuqların düşməsinə qədər həmin kəndlərin əhalisinin odunla təmin olunmasını bitirmək istəyir.

Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev jurnalistlərə açıqlamasında bildirib ki, bunun üçün kifayət qədər odun ehtiyatı var.

Nazir müavini qeyd edib ki, regional meşə idarələrindəki odun tədarükü məntəqələri Zaqatala, Şəki, Qəbələ, İsmayıllı, Quba, Şabran, Masallı, Lənkəran, Tovuz, Şəmkir və Göygöl ərazilərində daimi fəaliyyət göstərir.

 
Ehtiyacı olan vətəndaşlar bu yerlərə müraciət edərək dəyərini ödəmək şərtilə yanacaq odunu əldə edə bilərlər:

Zaqatala RMTM üzrə Car, Əlibayramlı, Aşağı Çardaxlar, Aşağı Tala, 3-cü Tala, Paşam, Zastava, Kortala, Tülü;

Şəki RMTM üzrə Göynük, Oraban, Zəyzid, Qum, İlisu, Ləkit;

Qəbələ RMTM üzrə Bum, Vəndam;

İsmayıllı RMTM üzrə Qalınçaq, Ağsu aşırımı, Xənəyə, Qaradəyə;

Quba RMTM üzrə Uzunmeşə, Vəlvələ, Quba şəhəri, Xaçmaz, Xuray;

Şabran RMTM üzrə Zeyvə, Pirəbədil, Əmirxanlı, Giləzi, Siyəzən;

Masallı RMTM üzrə Məmmədoba, Şıxlar, Zuvand, Gendərə, Porsova, Buravar, Abidli;

Lənkəran RMTM üzrə Haftoni, Əsxənəkəran;

Tovuz RMTM üzrə Yanıqlı, Kirən, Qoşakənd, Poylu;

Şəmkir RMTM üzrə Şəkərbəy, Yenikənd, Çanaqçı;

Göygöl RMTM üzrə Qaraçinar, Yeni Zod.

Qeyd edək ki, anbarlarda tədarük olunan odun dəyəri ödənilmək şərtilə qazlaşdırılmamış kəndlərin əhalisinə, təhsil, səhiyyə müəssisələrinə, bağçalara, sərhəd və daxili qoşunların hərbi hissələrinə verilir.