Gürcüstanın yeni müdafiə naziri: Ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsinə çalışacağıq

Gürcüstanın müdafiə sənayesini yeni inkişaf mərhələsinə çatdıracağıq.
Bu sözləri Gürcüstanın yeni müdafiə naziri İrakli Qaribaşvili nazirliyin əsas prioritetlərini açıqlayarkən söyləyib.
Yeni nazir ölkənin müdafiə qüvvələrinin və müdafiə qabiliyyətinin daha da güclənməsinə çalışacağını bildirib.
Nazir deyib ki, müdafiə qüvvələrinin vahid orqanizm və bir ailə olması üçün əlindən gələni əsirgəməyəcək.
İ.Qaribaşvilinin sözlərinə görə, müdafiə sahəsində həyata keçirilməsi nəzərdə tutulan islahatlar yaxın gələcəkdə ictimaiyyətə açıqlanacaq.
Xətayi Əzizov