Mədəndə FACİƏ - Ölən var

İranın şimalında yerləşən Mazandaran vilayətinin Nur rayonunun Çəmestan məntəqəsində daş-kömür mədənində partlayış baş verib.

Bunu İranın Mazandaran vilayəti təcili yardım idarəsinin sözçüsü Zəkəriyya Əşkpur deyib.

Z.Əşkpurun sözlərinə görə, ötən gün baş verən hadisə nəticəsində bir fəhlə həlak olub, daha biri yaralanıb.

İdarə rəsmisi əlavə edib ki, yaralı xəstəxanaya çatdırılıb.

 
Hadisə ilə əlaqədar araşdırma aparılır.

İranın Mazandaran vilayətində 117 mədəndə 3,5 min işçi işləyir.//trend