SOCAR son 10 ildə gəlirlərini 26 dəfədən çox artırıb

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 2009-2018-ci illər ərzində 401,88 mlrd. manat həcmində gəlir əldə edib.

Bu barədə SOCAR-dan bildirilib.

Məlumata əsasən, son 10 ildə SOCAR-ın gəlirləri 26,5 dəfə artaraq 2018-ci ildə 111,2 mlrd. manat təşkil edib.

 
Qeyd edək ki, 2009-cu ildə bu göstərici cəmi 4,2 mlrd. manata bərabər olub.