Pakistan Baş nazirinin təyyarəsində - HƏYƏCANLI ANLAR

Pakistan Baş naziri İmran Xanın təyyarəsi texniki nasazlıq səbəbindən Nyu-Yorka qayıdıb. 

Ren.tv xəbər verir ki, hava gəmisində baş nazirlə yanaşı, BMT Baş Assambleyasında iştirak edən Pakistan nümayəndə heyəti də olub. 

 
Məlumatlara görə, təyyarə Con Kennedi aeroportundan gecə saatlarında havaya qalxıb. Bir müddət sonra pilot texniki nasazlığın yarandığını bildirib və təyyarəni təcili şəkildə aeroporta endirib. 

Texniki nasazlığın səbəbləri ilə bağlı hələlik heç bir məlumat verilmir.