İlk dəfə olaraq açıq kosmosa yalnız qadınlar çıxacaqlar

Tarixdə ilk dəfə olaraq yalnız qadınlardan ibarət heyət açıq kosmosa çıxa bilər.

 “İnterfaks”ın verdiyi məlumata görə, bu şərəfə amerikalı astronavtlar – Kristina Kuk və Enn Makkleyn layiq görülüblər.

 
Bu kosmik əməliyyatın 2019-cu ilə planlaşdırıldığı bildirilir.

Qeyd edək ki,  indiyədək açıq kosmosa yalnız qadınlardan ibarət heyət çıxmayıb.

Məlumata əsasən, Kuk və Makkleyn hazırda Beynəlxalq Kosmik Stansiyanın göyərtəsindədirlər.