İran parlamentinin üzvü: ABŞ İrana məxsus tarixi və mədəniyyət abidələrin qaytarmalıdır

Gizli yollarla İrandan ABŞ-a aparılan tarixi və mədəniyyət abidələrinin bir parçası olan gil lövhələr qaytarılmalıdır.

Bu sözləri İran parlamentinin mədəniyyət komitəsinin sədri Fatimə Zülqədri deyib. O bildirib ki, gil lövhələr İranın qədim tarixini və mədəniyyətini özündə əks etdirən tarixi sənədlərdi.

Bu günə kimi İran hökumətinin səyləri ilə Əhəmənilər imperiyasına (eradan əvvəl 705-330 illər) aid olan 1783 gil lövhə İrana qaytarılıb. Hökumət onların hamısının qaytarılması istiqamətində fəaliyyət göstərir.

Xatırladaq ki, 1937-ci ildə bir qrup ABŞ arxeoloqu İranın Persapoles şəhəri yaxınlığında qazıntı işləri həyata keçirərək elmi araşdırma aparıblar. Qazıntılar zamanı Əhəmənilər və Sasanilər dövrünə aid 30 min gil lövhə və bir çox qiymətli əşyalar tapılaraq ABŞ-a aparılıb. İranın Turizm və Xarici İşlər Nazirliklərinin səyləri ilə 1783 gil lövhə qaytarılıb. Lakin onların çox hissəsi hələdə ABŞ-ın Çikaqo Universitetinin muzeyində saxlanılır.

F. Zülqədri deyib ki, ABŞ hökuməti bu mədəniyyət abidələrini qeyd şərtsiz qaytarmalıdır.

Məsələni çətinləşdirəm məqam isə ondan ibarətdir ki, İran ilə ABŞ-ın diplomatık münasibətləri olmadığı üçün danışıqlar və əlaqələr üçüncü dövlətlər vasitəsilə həyata keçirilir ki, bu da aparılan işi ləngidir.

Rabil Kətanov