Türkiyə Müdafiə Nazirliyi: “Ordumuz İŞID-lə artan tempdə mübarizəsini davam etdirir”

“Qəhrəman Türkiyə Silahlı Qüvvləri Fərat əməliyyatları üçün ərazidə İŞID terrorçuları ilə üz-üzə mücadilə edən tək koalisyon və NATO ölkəsi ordusudur”.

 Türkiyə Müdafiə Nazirliyi bu fikirləri twitter səhifəsindən paylaşıb.

 
Qeyd edilib ki, İŞİD-ın qanlı əməllərindən ən çox əziyyət çəkən
Türkiyədir: “Ordumuz həm yurd içində, həm də sərhədlərinin hüdudları daxil ətraf ərazilərdə bu terror təşkkilatı ilə artan templə mübarizəsini davam etdirir. Fəratın şərqində mücadiləyə davam edəcəyik. Ordumuz sərhədyanı ərazilərimizdə terror dəhlizi yaratmağa heç bir halda fürsət verməyəcək”.apa