Ukraynada soydaşımızın növbəti kitabı çap olunub

Həmvətənimiz, hüquq elmləri doktoru, Milli Aviasiya Universitetinin beynəlxalq hüquq kafedrasının professoru, Ukraynanın Əməkdar təhsil işçisi Arif Quliyevin Ukraynada yeni kitabı işıq üzü görüb.

AZƏRTAC xəbər verir ki, “Elm və xalq diplomatiyası” adlanan kitabda müəllif diplomatik və elmi fəaliyyətində qazandığı təcrübədən bəhs edib.

Azərbaycan yenidən müstəqillik əldə etdikdən sonra əldə etdiyi diplomatik uğurların xronologiyasına toxunan müəllif kitabda ümummilli lider Heydər Əliyevin yaratdığı xarici siyasətin bu gün də Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini qeyd edib.

Kitab Ukrayna Ali Radasının Qanunvericilik İnstitutunun Elmi Şurası tərəfindən nəşr üçün tövsiyə olunub. Bu, A.Quliyevin səkkizinci kitabıdır.

 

Emil Hüseynli