Türkiyə üçün təhlükə törədən daha bir terrorçu məhv edilib

Türkiyə Silahlı Qüvvələrinin qırıcılarının İraqın şimalında Hakurk bölgəsindəki terror düşərgələrini bombalaması nəticəsində 12 terrorçu zərərsizləşdirilib.

Strategiya.az Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, məhv edilən terrorçulardan biri ölkənin Daxili İşlər Nazirliyi tərəfindən axtarışda olan “Havar Bedran” ləqəbli Serkan Tüncer olub.