“Hagibis” tufanı nəticəsində Yaponiyadakı azərbaycanlılardan xəsarət alan yoxdur

“Hagibis” tufanı nəticəsində Yaponiyadakı azərbaycanlılardan xəsarət alan yoxdur.

Bu barədə ölkəmizin Tokioda yerləşən səfirliyindən məlumat verilib.

Oktyabrın 17-dək tufan nəticəsində ölənlərin sayı 77 nəfərə çatıb, 10 nəfərin itkin düşdüyü, 340 nəfərin isə xəsarət aldığı bildirilir. Ən çox itkilər Hönşü adasının şimal-şərqində yerləşən Fukuşima və Miyaqi prefekturalarında, həmçinin Tokionun cənub-qərbində yerləşən Kanaqava prefekturasında qeydə alınıb.

Tufanın keçdiyi ərazilərdə axtarış-xilasetmə işləri davam etdirilir. Hökumət əraziyə ərzaq məhsullarının, içməli suyun və digər ilkin tələbat mallarının çatdırılmasını ciddi nəzarətdə saxlayır.

Xatırladaq ki, oktyabrın 12-də Yaponiyanın əsas adasına çatan “Hagibis” tufanı böyük ərazidə daşqınlara və torpaq sürüşmələrinə səbəb olub.

Vüqar Ağayev