Nazirlik Bakıda küçəyə atılan birgünlük körpə ilə bağlı məlumat yaydı

Bakının Qardağ rayonu, Lökbatan qəsəbəsi ərazisində küçəyə atılmış birgünlük oğlan uşağı hipotermik vəziyyətdə (34 dərəcə istiliklə) Pediatriya İnstitutuna gətirilib.

Bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.

 
Bildirilib ki, uşağın vəziyyəti ağır olub. Onun qanı təmizlənib və bütün tibbi yardımlar göstərilib.

Hazırda vəziyyəti ağır kimi qiymətləndirilir. Hadisə barədə hüquq-mühafizə orqanları məlumatlandırılıb.