BMT Baş Assambleyasının prezidenti Azərbaycana səfər edəcək

BMT Baş Assambleyasının Prezidenti Ticani Məhəmməd-Bande oktyabrın 22-də Azərbaycana səfər edəcək.

Trend-in məlumatına görə, o, Bakıda keçiriləcək Qoşulmama Hərəkatı təşkilatının dövlət və hökumət başçılarının sammitində iştirak üçün Azərbaycanda gələcək.

T.Məhəmməd-Bande sammit çərçivəsində keçiriləcək birinci gənclər sammitində iştirak edən 40-dan çox ölkənin gəncləri ilə görüşəcək.

Bundan başqa, Baş Assambleya Prezidenti Azərbaycan hökumətinin yüksəkvəzifəli nümayəndələri ilə görüşəcək, oktyabrın 24-də BMT Günü münasibətilə ADA akademiyasında məruzə ilə çıxış edəcək və BMT layihələrinin reallaşdırılması ilə tanış olacaq.

Səfər oktyabrın 26-da başa çatacaq.