Günün vakansiyası: II Elizabet özünə yeni şəxsi köməkçi axtarır

Əgər siz kral ailəsində işləməyi xəyal edirsinizsə, bu arzunuz gerçəkləşə bilər. Belə ki, Bukingem sarayında ll Elizabetin şəxsi köməkçisi vəzifəsi üçün vakansiya elan olunub.

Britaniya Kraliçasının şəxsi katibinin axtarışı elanı bir neçə saat əvvəl “Linkedin”də yayımlanıb.

Bu vəzifəni tutmaq istəyənlər tələsməlidir: karyera yüksəlişinə və sabit əmək haqqına zəmanət verən təklif bu gün axşama kimi qüvvədədir. Müraciət edənlərdən fərdi köməkçi kimi işləmək təcrübəsi, yaxşı ünsiyyət bacarığı, planlaşdırma bacarığı, detala diqqət və stress altında işləməyə qadir olmaq bacarıqları tələb olunur.

 
Əsas tələb kraliçanın yanında həftədə 37.5 saat - bazar ertəsindən cümə gününə qədər keşik çəkməkdir. Yaş həddinin, cins və dinin fərqi yoxdur. Uğurlu namizəd əlahəzrətin şəxsi katiblərinin heyətinə qatılacaq və çoxsaylı səfərlərdə onu müşayiət edəcək.

Ödənişə gəlincə, onu Kensinqton Sarayı müəyyənləşdirəcək. Əmək haqqına bonus olaraq sosial paket təqdim ediləcək.