"Barselona"dan darmadağın

La Liqada 11-ci turun daha bir oyunu başa çatıb.

 "Barselona" bu turda "Valyadolid"lə qarşılaşıb və 5:1 hesabı ilə qalib gəlib.

"Barselona" - "Valyadolid" - 5:1
Qollar: Lanqle, 2 (1:0), Olivas, 15 (1:1), Vidal, 29 (2:1), Messi, 34 (3:1), 74 (4:1), Suares, 77 (5:1)

Bu qələbə ilə xalını 22-ə (10 oyundan) çatdıran Ernesto Valverdenin komandası liderliyə yüksəlib. "Qranada" 20 xalla 2-ci,  "Atletiko" eyni xalla 3-cüdür.