Tramp birinci müavin vəzifəsinə namizədini açıqladı

ABŞ Prezidenti Donald Tramp dövlət katibinin birinci müavini vəzifəsinə namizədini irəli sürüb.

“Ria Novosti” yazır ki, D.Trampın namizədi ABŞ-ın Şimali Koreya üzrə xüsusi nümayəndəsi Stiven Biqadır.

Dövlət katibinin birinci müavini Con Sallivanın yerinə Miçiqan ştatından Stiven Biqanın namizədliyinin Senata göndərildiyi bildirilir.

 
C.Sallivanın isə ABŞ-ın Rusiya Federasiyasında səfiri vəzifəsinə namizədliyinin təsdiqlənəcəyi gözlənilir.

O, Dövlət Departamentində terrorizmə qarşı mübarizədə Rusiya ilə əməkdaşlıq barədə danışıqlar aparılmasına məsul olub.