İranın könüllülərdən ibarət “Bəsic” hərbi birləşməsi təlimlərə başlayıb

İranın könüllülərdən ibarət "Bəsic” hərbi birləşməsi Qərbi Azərbaycan vilayətində genişmiqyaslı hərbi təlimlərə başlayıb.


 "Beytül-Müqəddəs” adlanan hərbi təlimə 15 min könüllü qatılıb. İran ordusunun təcrübəli zabitlərinin rəhbərliyi ilə keçirilən təlimdə hərbi texnikadan da istifadə olunur. Belə tədbirin keçirilməsində məqsəd könüllülərin döyüş qabiliyyətini artırmaqdan ibarətdir. Hərbi təlim üç gün davam edəcək.


Xatırladaq ki, "Bəsic” yalnız könüllü əsgərlərdən ibarət deyil. Bu təşkilata üzv gənclər fövqəladə vəziyyətlərdə xidmətə cəlb olunurlar.