Güləşçimiz erməniyə qalib gəlib dünya çempionatının mükafatını qazandı

Macarıstanın paytaxtı Budapeştdə 23 yaşadək güləşçilər arasında dünya çempionatının yunan-Roma yarışlarında Azərbaycan ilk medalını qazanıb.

 Zaur Əliyev (-55 kq) bürünc medal uğrunda görüşdə Ermənistan idmançısı Norayr Hakobyanla qarşılaşıb. Görüş idmançımızın 7:2 hesablı qələbəsi ilə başa çatıb. Bununla da Zaur Əliyev bürünc medal qazanıb.


Qeyd edək ki, sabah dünya çempionatında son gündür. Daha bir güləşçimizin qızıl və ikisinin bürünc medal şansı var.