“iPhone”larla bağlı gözlənilməz - QƏRAR

“Apple” şirkəti istehsal etdiyi köhnə model telefonlarında internet xidmətini deaktiv etmək niyyətindədir. 

Köhnə “iPhone” və “iPad”lərin sahiblərinə bazar ertəsindən etibarən internet problemi ilə qarşılaşa biləcəkləri barədə xəbərdarlıq edilib.

 
2012-ci ildən əvvəl istehsal olunan “Apple” məhsulları sahibləri ən son proqram təminatını quraşdırmadıqda çətinlik çəkəcəklər.

Çatışmazlıqlar “AppStore” və “iCloud” sistemində də baş verə bilər.