Dünya gündəmi bu iddia ilə çalxalanır - Kral ailəsi ŞOKDADIR

Böyük Britaniya şahzadə Çarlzın "Prince's Foundation” adlı vəqfinin Damfrays Hausdakı mərkəzində saxta tablolar sərgiləməsi iddiası ilə çalxalanır.

Bu iddia ABŞ-da Toni Tetro adlı saxta rəssamın saxlanılmasından sonra ortaya çıxıb.

Belə ki, Toni Tetro aralarında Pikasso, Dali, Monet kimi dünyca məşhur rəssamların əsərlərinin tablolarını eyni şəkildə çəkib və bazara buraxıb. O, tabloları orijinalına son dərəcə oxşatdıqdan sonra müflis olmuş iş adamı Ceyms Stanta satıb. Bu tablolardan Monet imzalı olan şahzadə Çarlzın vəqfi tərəfindən sərgilənib. Vəqfdəki tablonun 50 milyon futn-sterlinq olduğu (110 milyon 165 min manat) bildirilir.

 

"Prince's Foundation” mətbuat katibi bildirib ki, Damfrays Hausda müvəqqəti olaraq sənət əsərlərini qəbul edir. Bunlar ya fərdlər, ya da qurumlar tərəfindən təqdim olunur. Vəqf bu iddialardan dolayı üzgündür.

Tablonun saxta çıxması İngiltərə ictiamiyyətində mübahisələrə səbəb olub./publika.az