“Müsavat”ın mitinqinə icazə verildi

Bakı Şəhər İcra Hakimiyyəti “Müsavat”ın mitinqlə bağlı müraciətinə cavab verib. 

BŞİH-nin cavab məktubu təşkilatçılara təqdim edilib. 

 
Məktubda noyabrın 10-da, saat 15:00-dan 17:00-dək Lökbatan qəsəbəsi, 28 May küçəsi, “Neftçi” İdman Klubunun Qaradağ təlim-idman bazasında “Müsavat”ın mitinq keçirməsinə razılıq verildiyi qeyd edilib.

Bununla bağlı təşkilatçılar məlumatlandırılıb.