“İçərişəhər”də Yeni il bayramının keçirilməsi ilə əlaqədar tender elan edildi

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi 2020-ci ildə yeni il bayramı ilə əlaqədar tədbirin keçirilməsinin satın alınması məqsədilə açıq tender elan edib.

Tenderdə iştirak etmək istəyən təşkilatlar müəyyən məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra müsabiqə üçün təkliflərini https://www.etender.gov.az portalı vasitəsi ilə təqdim edə bilərlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.

İddiaçılar tenderdə iştirak üçün ixtisas göstəricilərinə aid sənədləri dekabrın 2-dək
təqdim etməlidirlər. İddiaçıların təklifləri dekabrın 11-də açılacaq.

 
Tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron
qaydada portal vasitəsilə aparılacaq.