Rusiya İranda “Buşəhr” AES-in ikinci blokunun tikintisinə başlayıb

Rusiyanın iştirakı ilə İranda "Buşəhr” Atom Elektrik Stansiyasının (AES) ikinci enerji blokunun tikintisi rəsmən başlayıb.


Bu barədə İran Dövlət Televiziyası məlumat yayıb.


Tikintiyə başlanılması ilə bağlı rəsmi tədbirdə İranın Atom Enerji Təşkilatının sədri Əli Əkbər Salehi və "Rosatom” Dövlət Şirkətinin baş direktorunun birinci müavini Aleksandr Lokşin iştirak edib.


"Buşəhr” AES-in ikinci blokunun gücü 2100 MVt olacaq.


Qeyd edək ki, Buşəhr AES-in ikinci blokunun tikiləcəyi sahədə hazırlıq işlərinə 2018-ci ilin mayında başlanıb, qazma və betonlama işləri aparılıb.