Tanınmış ictimai fəal, hüquqşünas Könül Quliyeva QHT sədri seçilib  

  Bu barədə Yerveinsan.az-a məlumat verən  Könül Quliyeva bildirib ki, o bir neçə ildir ki,  Müvəkkil Hüquq Mərkəzinin sədr müavini olmaqla həmçinin Qadın və uşaq hüquqları departamentinə rəhbərlik edir. "Uşaqların Gələcəyi Naminə” İctimai Birliyinin oktaybr ayında keçirilən Umumi Yığıncağında o ictimai birliyə sədr seçilib. 06 noyabr 2019-cu il tarixdə Ədliyyə Nazirliyi tərəfindən artıq sədr seçkisi rəsmiləşdirilmişidir. K.Quliyeva bildirib ki, Uşaqların Gələcəyi Naminə təşkilatına rəhbərlik etməklə bərabər Müvəkkil Hüquq Mərkəzində də fəaliyyətini davam etdirəcək. K.Quliyeva Uşaqların Gələcəyi Naminə təşkilatının  priartitetlərinin ölkəmizdə uşaq və qadın hüquqlarının ən yüksək səviyyədə qorunması olduğunu bildirmişdir.