Çavuşoğlu İŞİD liderinin məhv edilməsində Türkiyənin töhfəsindən danışdı

İŞİD liderinin məhv edilməsi ona yaxın terrorçunun Türkiyə tərəfindən tutulmasından sonra mümkun olub.

“Cumhuriyet” qəzeti xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

“Biz əl-Bağdadiyə yaxın olan İtxavini tutduq və onu İraqa təhvil verdik. O terrorçuların başçısının harada gizləndiyini açıqladı”, - deyə Çavuşoğlu qeyd edib.  

Xatırladaq ki, oktyabrda ABŞ prezidenti Donald Tramp İŞİD lideri Əbu Bəkr əl-Bağdadinin öldürülməsini bəyan edib. Onun Suriyanın İdlib vilayətində amerikalı xüsusi təyinatlılarının keçirdiyi əməliyyat zamanı məhv edildiyi bildirilir.