Türkiyədə FETO terror təşkilatı ilə əməkdaşlıqda şübhəli bilinən daha 91 nəfər saxlanılıb

İstanbul Baş Prokurorluğunun terror və mütəşəkkil cinayətkarlıqla mübarizə idarəsi FETO terror təşkilatına üzv olan hərbçilərin saxlanılması istiqamətində əməliyyatları davam etdirirlər.

Bu məqsədlə Türkiyənin 17 şəhərində eyni zamanda keçirilən əməliyyatlar nəticəsində daha 91 nəfər saxlanılıb. Saxlanılanlar arasında yüksək rütbəli zabitlərin və din xadimlərinin də olduğu bildirilir.

Bu istiqamətdə əməliyyatlar fasiləsiz həyata keçirilir.

Günel Məlikova