Bolqarıstanın 7 bölgəsində sarı təhlükə kodu elan olunub

Bolqarıstan milli meteorologiya və hidrologiya institutunun məlumatına əsasən, ölkənin 7 bölgəsində güclü yağış səbəbindən “sarı” təhlükə kodu elan olunub.

 Blaqoevqrad, Pazardjik, Plovdiv, Smolyan, Kırdjalı, Xaskovo və Stara Zaqora şəhərlərində yağıntılar get-gedə güclənəcək. Dənizdə və sahil zonalarda da dalğalara görə “sarı” təhlükə kodu elan olunub.

İqbal Hacıyev