Dibaladan “əsgər salamı” açıqlaması

“Yuventus”un futbolçusu Paolo Dibala dünən Çempionlar Liqasında “Atletiko” Madridə vurduğu qoldan sonra əsgər salamı verməsininin səbəbini açıqlayıb.

Argentinalı futbolçu bu jesti komandasının türk futbolçusu Merih Demirala həsr edib. Əsgər salamı verdikdən sonra Dibala Demiralı qucaqlayıb.


Oyundan sonra jurnalistlərə açıqlamasında o bildirib: “Qol vurduqdan sonra ilk əvvəl çənəmə işarəm sevgilim üçün idi. Bunu bir filmdə görmüşdük. Bu, sevginin simvoludur.

 

Merihə gəlincə, o, çox əyləncəli biridir. Bu jestimin səbəbi isə onunla məşqlərdəki zaraftımla bağlıdır. Bununla hər hansı mesaj verməyə çalışmadım”.

“Yuventus” rəsmisi Pavel Nedved isə deyib ki, məsələ ilə əlaqədar Merihlə danışıb: “Hamının ifadə azadlığını bildirmək hüququ var. Bu hərəkət bizim etik qaydalarımıza zidd deyil”.