Tramp ABŞ-ın NATO xərclərini azaldır

ABŞ Prezident Administrasiyası NATO büdcəsinə ödənişlərin həcmini azaltmağı planlaşdırır.

CNN xəbər verir ki, Tramp ölkəsinin NATO-nun hərbi xəclərindəki payını 22%-dən 16%-ə qədər endirə bilər.

 
Azalan 6 faizlik vəsaiti digər NATO ölkələrinin öz üzərinə götürməsi gözlənilir.

Vaşinqtonun buradan kəsdiyi vəsaiti Avropada təhlükəsizlik sahəsindəki bir sıra proqramların maliyyələşdirilməsinə yatıracağı qeyd olunur.