Bişkekdə KTMT-nin iclası başlayıb

Bu gün Qırğızıstanın paytaxtı Bişkekdə KTMT-yə üzv ölkələrin iclası başlayıb. 

Məlumatı Qırğızıstan mətbuatı yayıb.

Təşkilata üzv ölkələr hərbi əməkdaşlığın gücləndirilməsi, Tacikistan-Əfqanıstan sərhədində vəziyyət, KTMT-nin strukturunun möhkəmləndirilməsi, regional və beynəlxalq təhlükəsizliklə bağlı digər məsələləri müzakirə edəcəklər. 

Qeyd edək ki, hazırda Kollektiv Təhlükəsizlik Təşkilatına altı ölkə daxildir: Belarus, Qazaxıstan, Qırğızıstan, Ermənistan, Rusiya və Tacikistan.