Finlandiyada irimiqyaslı hərbi təlimlər keçirilir

Finlandiyada irimiqyaslı hərbi təlimlər keçirilir.

 Finlandiya Müdafiə Qüvvələri 12 min əsgərin iştirakı ilə hərbi təlimlərə başlayıblar. Ölkənin cənub-qərbində, habelə Fin körfəzində keçirilən təlimlər dekabrın 4-dək davam edəcək.

“Kaakko” adlandırılmış manevrlər Finlandiya Müdafiə Qüvvələrinin sürətlə dəyişən vəziyyətə reaksiya vermək hazırlığının yoxlanılmasına yönəldilib. Təlimlərdə 6200 çağırışçı, 3200 ehtiyatda olan hərbçi, nizami qoşunların və sərhədçilərin 2600 nümayəndəsi iştirak edir.

Bir sıra regionların sakinləri bütün qoşun növlərinin iştirakı ilə dənizdə və sahil rayonlarında keçirilən təlimlər barədə məlumatlandırılıb. Təlimlərə Hərbi Dəniz Qüvvələrinin onlarca gəmisi, sahil mühafizəsinin gəmiləri, habelə Hərbi Hava Qüvvələri cəlb olunub.

Maraqlıdır ki, təlimlər 1939-cu ilin noyabrın sonunda Finlandiya ilə Sovet İttifaqı arasında hərbi təlimlərin başlanmasının 80-ci ildönümü ilə bir vaxta düşüb. Buna görə də müharibənin başlanmasının ildönümü təlimlər zamanı qeyd ediləcək. Gözlənildiyinə görə, Finlandiya Prezidenti Sauli Niinistö müharibə memorialının qarşısına əklil qoyacaq.

Rauf Əliyev