Kanalizasiya suyu ətrafa daşdı: Yolu və həyətləri basdı - VİDEO

Paytaxtın Binəqədi rayonu 7-ci mikrorayon ərazisində kanalizasiya suyunun daşması sakinlər üçün problem yaradıb. Belə ki, çirkab su yolu, həyətləri basdığından ətrafı da üfunət bürüyüb. Aidiyyəti qurumdan isə bildirilib ki, problem sabah həll ediləcək.

Kanalizasiyanın daşması nəticəsində yolu və yaşayış binasının həyətini çirkab su basıb.Ətrafı isə üfunət bürüyüb.

Görüntülər Paytaxtın Binəqədi rayonu ,7-ci mikrorayon Abay Kunanabayev küçəsindəndir.Bir neçə gündür ki,yolda olan kanalizasiya suyu daşıb.Çirkab su isə əsas yola və yaxınlıqda olan yaşayış binalarının həyətinə axıb.Nəticədə də sakinlər nə həyətlərinə daxil ola ,nə də ki yoldan istifadə edə bilirlər.

Problemlə bağlı ''Bakı Sukanal'' İdarəsinin rəis müavini Əlizadə Nəsirov isə bildirdi ki,məsələdən xəbərdardılar və problemin aradan qaldırılması üçün əraziyə işçi qüvvəsi və texnikalar cəlb olunub.Ərazidən keçən kanalizasiya xəttinin diametri 300-500 millimetr arasındadır.Kanalizasiyanın daşmasına səbəb kimi isə xətdə hər hansısa yad bir cismin qalması göstərilir.

Əlizadə Nəsirov onu da bildirdi ki,sakinləri narahat edən bu problem sabaha öz həllini tapacaq.