Beynəlxalq Atom Enerjisi Agentliyinin yeni baş direktoru təsdiqlənib

Rafael Qrossinin Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru vəzifəsinə təyinatı təsdiqlənib.

Bu gün təşkilatın baş konfransı xüsusi sessiyasında bu barədə müvafiq qərar qəbul edib.

BAEA-nın İdarə Heyəti 30 oktyabrda R. Qrossini təşkilatın baş direktoru təyin edib.

 
R. Qrossi 2013-cü ilin iyun ayından Argentinanın Vyanada yerləşən beynəlxalq təşkilatlarda daimi nümayəndəsi olub.

O, Latın Amerikadan təşkilata rəhbərlik edəcək ilk şəxsdir.  

Argentinalı diplomat dekabrın 3-dən vəzifəsinin icrasına başlayacaq.

Qeyd edək ki, BAEA-nın baş direktoru 4 il müddətinə təyin olunur.

Xatırladaq ki, BAEA-nın baş direktoru Yukiya Amano iyulun 22-si vəfat edib.apa