Medvedev: Rusiya “Youtube”a qadağa qoymayacaq

Rusiyanın Baş naziri Dmitri Medvedev tanınmış rusiyalı bloqer və jurnalist Anastasiya İvleyavanın sualını cavablandırarkən qeyd edib ki, Rusiya dövləti “Youtube” sosial şəbəkəsinə qarşı məhdudiyyət qoymaq fikrində deyil. 

D.Medvedev bildirib ki, “Youtube”un siyasəti dəyişir:


“Bu, bizdən asılı olan məsələ deyil, “Youtube” öz siyasətini sərtləşdirir”.

Baş nazirin sözlərinə görə, Rusiyada internet bütün dünyada olduğu kimi, yüksələn xətlə inkişaf edir. 

Medvedev vəd verib ki, “Youtube” bağlanmayacaq, rəsmilərin isə heç bir zaman belə niyyətləri olmayıb.