ABŞ-ın “Qara Şahin”i qəzaya uğradı, hərbçilər öldü

Amerika Birləşmiş Ştatlarının Minnesota ştatında “UH-60 Black Hawk” (Qara Şahin) hərbi helikopteri qəzaya uğrayıb.

Helikopter təlim uçuşu həyata keçirərkən içində üç nəfər olub.

Helikopterdən həyəcan siqnalı verildikdən 10 dəqiqə sonra radardan itib.

“NBC News”un xəbərinə görə, hadisə ilə bağlı araşdırmalar nəticəsində onların üçünün də öldüyü bildirilib.

Hadisənin səbəbləri araşdırılır.