ABŞ ərəb hərbçinin Floridadakı hərbi bazaya hücumunu terror aktı kimi dəyərləndirib

ABŞ Federal Təhqiqatlar Bürosu səudiyyəli zabitin hərbi aviabazada törətdiyi silahlı hadisəni terror aktı kimi qiymətləndirib. 

“RİA Novosti” xəbər verir ki, bu barədə FTB-nin xüsusi agenti Reyçel Roxas açıqlama verib. 

Yerli telekanallardan birində yayımlanan mətbuat konfransında danışan agent “Biz bu hadisənin terror aktı olması ehtimalı üzərində işləyirik”, - deyib.  

 
Qeyd edək ki, dekabrın 6-da Florida ştatındakı hərbi bazada atışma zamanı, silahlı cinayətkar da daxil olmaqla, dörd nəfər ölüb, səkkiz nəfər yaralanıb.  

Hücum edən şəxsin Səudiyyə Ərəbistanındakı hərbi bazaların birində təlim keçmiş Məhəmməd Səid əl-Şamrani adlı zabit olduğu bildirilir.  

Hücumun terrorla əlaqəli olub-olmadığı hələlik tam məlum deyil.